FED-in faiz qərarı bu gün diqqət mərkəzində olacaqdır

30 Yanvar 2019

Amerika Mərkəzi Bankının açıqlanacaq faiz qərarı öncəsi beynəlxalq maliyyə bazarlarında, xüsusilə də dolların qiymətlərində ticarət aktivliyi zəifləyib.

FED-in faiz qərarı bu gün diqqət mərkəzində olacaqdır

Bu gün Bakı vaxtı ilə saat 23:00-da Amerika Mərkəzi Bankının (FED) uçot faiz dərəcəsi dərc olunacaq və faizlərdə dəyişikliyin olacağı gözlənilmir. Bu səbəblə beynəlxalq valyuta birjalarında qiymətlərdə aktivlik azalıb və üfuqi dalğalanma müşahidə olunur.


Texniki olaraq. dolların aparıcı valyutalara nisbətən orta qiyməti (DXY) 95.68 həddini qırarsa, yenidən 96.47 həddinədək artım edə bilər. Alternativ olaraq, 95.27 lokal dəstək həddinin qırılması isə,95.03 səviyyəsinədək enişinə səbəb ola bilər.