“FED”-in gələcək yeni sədrinin çıxışı

28 Noyabr 2017

Dünya birjalarında Jerom Povelin çıxışı öncəsi aparıcı valyutaların dollara nisbətən qiymətlərində ucuzlaşma.

“FED”-in gələcək yeni sədrinin çıxışı

Avro və Lirənin qiymətlərində zəif ucuzlaşma. 

Dünya valyuta birjalarında avronun qiyməti 1.1961$-a kimi bahalaşdıqdan sonra 1.1900$-a kimi ucuzlaşıb. Maliyyə bazarlarında isə qiymətin 1.19$-ın üzərində qaldıqca, yenidən bahalaşa biləcəyi proqnozlaşdırılır - artım 1.2019$-a kimi davam edə bilər.

Tükiyə maliyyə bazarlarında də USD/TRY məzənnəsi 3.89TL-ə kimi ucuzlaşdıqdan sonra  3.91TL-ə kimi bahalaşıb. Məzənnə üzrə təhlillərə əsasən, qiymət gün ərzində 3.91TL-nin altında qalarsa, yenidən 3.89TL və 3.87TL-ə kimi ucuzlaşa bilər.

“FED”-in gələcək yeni sədrinin çıxışı. 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 18:45-də Amerika Mərkəzi Bankının (“FED”) gələcək yeni sədri Jeron Povelin baş tutacaq nitqi də, investorlar tərəfindən böyük maraqla gözlənilir.

“OPEC” toplnatısı öncəsi neft qiymətlərində qeyri-müəyyənlik. 

Enerji bazarlarında isə neft qiymətləri, cümə axşamı Vyanada baş tutacaq Neft İxrac Edən Ölkələr Birliyinin (ing.: “OPEC”) 173-cü toplantısı öncəsi, 63-64$ aralığında ticarət edilməkdədir.