FED-in mülayim siyasəti, dolların ucuzlaşması

27 Mart 2018

Dünya birjalarında keçən həftənin ortalarından başlayan tendensiya cari həftə ərzində də davam etməkdədir - dollar təzyiq altında.

FED-in mülayim siyasəti, dolların ucuzlaşması

USD ucuzlaşması, EUR və GBP bahalaşması. 

Dünya valyuta birjalarında Amerika Mərkəzi Bankının faiz qərarının şərhindən sonra dolların aparıcı valyutalara nisbətən qiymətləri ucuzlaşmağa başlayıb.


Belə ki, EUR/USD və GBP/USD məzənnələri müvafiq olaraq, 1.2450$ və 1.4230$ üzərilərində ticarət edilməkdədir. Təhlillərə əsasən, qiymətlər müvafiq olaraq 1.2531$ və 1.4345$-a kimi də bahalaşa bilərlər.


Qızıl da 1366$-a kimi dəyər qazana bilər. 

Dolların ucuzlaşması, əlvan metallar bazarlarında da qızıl qiymətlərinin dəyər qazanmasına təsir edib. Artıq 1354$-a təklif edilən qızılın bir unsiya üzrə qiyməti 1366$-a kimi də dəyər qazana bilər.