FED-in protokolu dalğalanmanı bu gün gücləndirəcək

21 Fevral 2019

Beynəlxalq valyuta birjalarında FED-in toplantı protokolu bu gün Avropa və Amerika sessiyalarında əks təsirini yaşada bilər.

FED-in protokolu dalğalanmanı bu gün gücləndirəcək

FED-in açıqlamaları dollara təzyiqləri artıra bilər. 

Beynəlxalq valyuta birjalarında Amerika Mərkəzi Bankının (FED) protokolundan sonra dolların aparıcı valyutalara nisbətən qiymətlərinin ucuzlaşma proqnozları daha da güclənib. Təhlillərə əsasən, foreks bazarlarında dolların qiymətləri 0.6% də ucuzlaşa bilər.


USD/TRY məzənnəsində 5.36TL-yə kimi bahalaşma proqnozları. 

Türkiyə valyuta birjalarında isə USD/TRY məzənnəsi 5.32TL-nin üzərində ticarət edilməkdədir və bu səviyyənin üzərində qaldıqca, 5.36TL-yə kimi də bahalaşa bilər.


11% bahalaşan Brent nefti 68$ istiqamətində dəyər qazanmaqda. 

Enerji birjalarında da neft qiymətləri bahalaşmaqda davam edir. Avropanın Brent neftinin bir barel qiyməti fevral ayı ərzində 67$-a kimi 11% dəyər qazanıb və 68$-a kimi də dəyər qazana bilər.


ABŞ-dan neft ehtiyatları ilə bağlı statistik göstəricilər açıqlanacaq. 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 19:30-da açıqlanacaq Amerikanın neft ehtiyatları ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.