FED-in toplantı protokolunda diqqət mərkəzində olanlar

20 Fevral 2019

Çərşənbə günü Bakı vaxtı ilə saat 23:00-da yayımlanması gözlənilən Amerika Mərkəzi Bankının sonuncu toplantı protokolu investorların diqqət mərkəzindədir.

FED-in toplantı protokolunda diqqət mərkəzində olanlar

Amerika Mərkəzi Bankının (FED) idarə heyəti sonuncu dəfə yanvar ayının 28-30 aralığında toplanarkən, səbrli olmağın düzgün olacağı qərarını almışdı. Bu, maliyyə bazarlarında FED-in faiz artımı siyasətində fasilənin olacağı ehtimallarını gücləndirməyə başladı. 


Lakin investorlar bu gün yayımlanan toplantı protokolunu diqqətlə araşdıracaqlar ki, bucür dönüşə səbəblər dəqiq aşkar olunsun. 


Bununla yanaşı, FED-in büdcəsi də diqqət mərkəzində olacaqdır. Maliyyə böhranından sonra həyata keçirilən istiqraz alışı proqramı zamanı büdəcədə yığılan 4 milyard dollar qalmaqdadır. Beləliklə, büdcənin boşaldılması tezliyi və vaxtına dair istənilən məlumat bazarlarda güclü aktivlik yarada bilər.