FED: İqtisadiyyatda risklər mövcuddur və gözləmək lazımdır

11 Aprel 2019

Beynəlxalq maliyyə bazarlarında böyük maraqla gözlənilən FED-in toplantı protokolunda mart ayından ferqli yeni məlumat açıqlanmayıb.

FED: İqtisadiyyatda risklər mövcuddur və gözləmək lazımdır

Amerika mərkəzi bankının (FED) idarə heyəti üzvlərinin əksəriyyəti faiz dərəcələrinin dəyişməməsinin tərəfdarıdır. Mart ayının 18-20-si tarixləri aralığında keçirilən FED-in monetar siyasətini müəyyən edən komitənin (ing.: "FOMC") iclas nəticələrinə əsasən, üzvlərin əksəriyyəti 2019-cu ildə faiz dərəcələrini sabit saxlamaqda qərarlıdır. 


"FOMC"-nin bəzi üzvləri beynəlxalq ticarətdə və Breksit ilə bağlı qeyri-müəyyənliklərin davam etdiyini, digər üzvlər isə ilin sonuna kimi iqtisadiyyatın canlanacağını, nəticədə faiz artımına gedilə biləcəyini bildiriblər. Yekun olaraq, FED qərar vermək üçün müəyyən qədər gözləməyi qərara alıb.


Qeyd etmək lazımdır ki, FED mart ayında faiz dəhlizini 2.25-2.50% səviyyələri aralığında saxlayıb.