FED: İyun ayından risklər yüksələ bilər

11 İyul 2019

“NFP” statistik rəqəmlərin dərcindən sonra FED-in faiz qərarında hansı siyasət izlənəcəyi diqqət mərkəzindədir.

FED: İyun ayından risklər yüksələ bilər

Qeyri-kənd təsərrüfatı sahələrində məşğulluğun artmasına (ing.: “NFP”) dair statistik rəqəmlərin dərcindən sonra FED-in faiz qərarında hansı siyasət izlənəcəyi diqqət mərkəzindədir. FED sədri Povelin yarımillik hesabatında ABŞ iqtisadiyyatında investisiyaların azaldığı, inflyasiyanın durğunluğunu və bu səbəbdən də məşğulluq göstəricilərinin komitənin qərarlarında bir dəyişiklik yaratmadığını ifadə etdi.


Ticarət savaşlarının investisiya mühitini korladığını, xərclərin qiymətləri dəstəkləmədiyini qeyd edən Povelin çıxışından sonra dollar beynəlxalq birjalarda ciddi enişlər yaşadı. Dollar indeksi 97.07 səviyyəsinə qədər gerilədi.  EURUSD 1,1277, GBPUSD 1.2540, qızıl isə 1427 dollar hədlərinə qədər yüksəldi.


Povelin çıxışından sonra USDTRY cütlüyü 1% itki ilə 5.6650 səviyyələrinə qədər gerilədi. Dünən açıqlanan iyun ayı “FOMC” protokollarına baxdığımızda FED üzvlərinin çoxunun artan qlobal risklər qarşısında faiz endirimini dəstəklədiyini görmək olar. Əlavə olaraq qeyd etmək olar ki, inflyasiyadakı zəif tendensiyanın hələ  bir müddət davam edə biləcəyi ehtimal edilir.


Ticarət savaşlarının qlobal iqtisadiyyatı təhdid etdiyi bir dönəmi ABŞ iqtisadiyyatının minimum itkilərlə keçməsi üçün faiz endiriminin labüd olduğunu müdafiə edən FED üzvləri bu addımın, sözügüdən riskləri yumşaldacağı qənaətindədirlər.


Həm komitə üzvlərinin çoxunun faiz endirimini dəstəkləməsi, həm də Povelin dünənki açıqlamaları uzlaşır və bu amil FED-in iyulun sonuna təsadüf edəcək toplantısında ən az 0.25% uçot dərəcələrini azaldacağı ehtimalını yaradır.


Povelin açıqlamalarından sonra dolların dəyər itirməsi USDTRY cütlüyünün 5,67 səviyyələrinə qədər ucuzlaşmasına səbəb oldu.