FED pul siyasəti haqqında qərar qəbul edəcək

01 May 2019

Dünya birjalarında FED-in bu gün açıqlanacaq faiz qərarı və mətbuat konfransında gələcəyə dair açıqlanacaq proqnozları investorların diqqət mərkəzindədir.

FED pul siyasəti haqqında qərar qəbul edəcək

Amerika mərkəzi bankı (FED) bu gün Bakı vaxtı ilə saat 22:00-da faiz qərarı haqqında açıqlama edəcəkdir. Maliyyə bazarlarında FED-in monetar siyasətini müəyyən edən komitənin (ing.: "FOMC") faiz dəyişikliyinə getməyəcəyini proqnozlaşdırırlar. FED sədri Jerom Povel mart ayında cari il üzrə əlavə faiz artımına gedilməyəcəyini açıqlamışdı. İqtisadi inkişafın sürətləndiyi bir vaxtda isə faizlərin azaldılması az ehtimal ediləndir. 


Bununla yanaşı, mərkəzi bankın siyasəti spekulyativ fikirlər və müstəqil fəaliyyəti ilə bağlı suallar fonunda kölgə altına salınır. ABŞ prezidenti bir neçə dəfə faiz artımlarının ölkə iqtisadiyyatına mənfi təsir etdiyi xəbərdarlığını etmişdi. Beynəlxalq valyuta fondu da (BVF) öz növbəsində sonuncu dəfə siyasətin mərkəzi bankın işinə qarışması ilə bağlı xəbərdarlıq etmişdi.