FED qərarı öncəsi Dollar və Lirə üzrə proqnozlar

29 Oktyabr 2019

FED-in faiz qərarı öncəsi dolların bahalaşması, USD/TRY məzənnəsinin isə ucuzlaşması proqnozlaşdırılır.

FED qərarı öncəsi Dollar və Lirə üzrə proqnozlar

FX: FED qərarı öncəsi dolların bahalaşması proqnozları. 

Beynəlxalq valyuta birjalarında son sessiyalarda ticarət aktivliyinin azalması müşahidə edilir. Bu, çərşənbə günü Bakı vaxtə ilə saat 22:00-da Amerika Mərkəzi Bankının gələcək siyasətinə dair verəcəyi açıqlamalar fonunda investorların ehtiyatlı mövqeyləri ilə əlaqədardır. 

Ümumi təhlillər isə dolların aparıcı valyutalara nisbətən qiymətlərinin bahalaşa biləcəyinə işarədir. Nəticədə EUR/USD 1.10, GBP/USD məzənnəsi 1.25$-a kimi ucuzlaşa bilər. 


Lirə əlavə olaraq 2%-ə kimi də bahalaşa bilər. 

USD/TRY məzənnəsi isə ucuzlaşmaqdadır və proqnozlara əsasən, 5.64TL-yə kimi də ucuzlaşa bilər.