FED qərarı öncəsi Dollar və Neftdə ucuzlaşma

30 Oktyabr 2019

FED-in açıqlamaları öncəsi açıqlanan mənfi fundamental göstəricilər dollar və neftin ucuzlaşmasına səbəb olub.

FED qərarı öncəsi Dollar və Neftdə ucuzlaşma

Beynəlxalq valyuta birjalarında Amerikadan açıqlanan mənfi fundamental göstəricilər dolların ucuzlaşmasına səbəb olub. 

Nəticədə EUR/USD və GBP/USD məzənnələri müvafiq olaraq, 1.11 və 1.29$-ın üzərində ticarət edilməkdədir. 

İqtisadi risklərin artması, enerji birjalarında neftə olan tələbin də azalacağına işarədir və Avropanın Brent nefti ucuzlaşmağa başlayıb. 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 16:30-da Amerikadan açıqlanacaq iqtisadi inkişaf və saat 18:30-da neft ehtiyatları ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir. Saat 22:00-da Amerika Mərkəzi Bankının (fed) verəcəyi önəmli açıqlamalar da böyük maraqla gözlənilir.