30.10.2019 FED qərarı öncəsi Dollar və Neftdə ucuzlaşma

30.10.2019
Beynəlxalq Birjalarının cari vəziyyəti ilə bağlı xəbərdar olmaq üçün bizi izləyin

30.10.2019 - InvestAZ İnvestisiya Şirkətinin analitiki İlkin Alıyev dünya birjalarında cari vəziyyət haqqında danışır. 



FX: FED qərarı öncəsi dollarda ucuzlaşma. 

Beynəlxalq valyuta birjalarında Amerikadan açıqlanan mənfi fundamental göstəricilər dolların ucuzlaşmasına səbəb olub. 

Nəticədə EUR/USD və GBP/USD məzənnələri müvafiq olaraq, 1.11 və 1.29$-ın üzərində ticarət edilməkdədir. 

İqtisadi risklərin artması, enerji birjalarında neftə olan tələbin də azalacağına işarədir və Avropanın Brent nefti ucuzlaşmağa başlayıb. 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 16:30-da Amerikadan açıqlanacaq iqtisadi inkişaf və saat 18:30-da neft ehtiyatları ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir. Saat 22:00-da Amerika Mərkəzi Bankının (fed) verəcəyi önəmli açıqlamalar da böyük maraqla gözlənilir.