FED risklərin aradan qaldırılmasına çalışır

06 İyul 2018

Amerika Mərkəzi Bankı iyun ayı toplantısında gələcək faiz artımı siyasəti fonunda daha çox istiqraz bazarlarına istinad edəcəyi nəticəsinə gəlib.

FED risklərin aradan qaldırılmasına çalışır

Amerika Mərkəzi Bankı (FED) növbəti faiz artımı istiqamətində iqtisadi risklərin aradan qaldırılması imkanlarını müzakirə edir. Cümə axşamı yayımlanan FED-in iyun ayı üzrə toplantı protokolunda bu haqda məlumat verilir. ABŞ-ın birinci bankı iyun ayının 14-də uçot faiz dərəcələrinin yuxarı sərhədini 1.75%-dən 2.00%-ə kimi yüksəltmişdi. 


Bununla yanaşı, iyun ayında baş tutan toplantıda, iqtisadi göstəricilərin böhrana səbəb ola biləcək riskləri nə qədər effektli müəyyən etdiyi müzakirə edilib. Gəlinən nəticəyə əsasən isə qısa müddətli istiqrazlar uzun müddətli istiqrazlarla müqayisədə daha çox dəyər itirirsə, bu, iqtisadiyyat üçün xəbərdarlıq sayılır. Sonuncu dəfə gəlirliliklər arasında fərq azalsa da, qısa müddətli gəlirliliyin xeyrinə dəyişməyib. 


Beləliklə, FED-in pul-kredit siyasətini müəyyən edən komitənin (ing.: "FOMC") əksər üzvləri gəlirliliyi diqqət mərkəzində saxlamağın tərəfdarıdır. Amerika hökümətinin yeni xarici ticarət siyasəti bank üzvlərini məşğul etsə də, iqtisadiyyatda müsbət tendensiya müşahidə edilməkdədir. FED-in apardığı sorğular Çin və Avropa Birliyi kimi böyük ticarət tərəfdaşlarına qarşı gömrük rüsumlarının artırılmasının, investisiya mühitinə mənfi təsir edəcəyi nəticəsinə gətirib. 


Əmək bazarında yüksək inkişaf və inflyasiyanın artması, FED-i ilin sonuna kimi əlavə iki faiz artımı üçün cəsarətləndirir, baxmayaraq ki, ikinci rüb üzrə iqtisadi inkişaf nəticələri ilə bağlı narahatlıqlar mövcuddur. 


Toplantı protokolunun açıqlanmasından sonra dünya birjalarında güclü dalğalanmaya səbəb olmayıb.