FED sədri: Robot deyilik

26 İyun 2019

Beynəlxalq maliyyə bazarlarında son zamanlar sərt tənqid olunan FED sədri insan olduqlarını və səhv edə bildiklərini bildirməsi diqqət mərkəzində.

FED sədri: Robot deyilik

ABŞ-da növbəti faiz qərarı azaldılma ola bilər, deyə Amerika mərkəzi bankının (FED) pul-kredit siyasəti komitəsi (ing.: "FOMC") keçən həftə açıqlamasında xəbər vermişdi. FED sədri Jerom Povel isə çərşənbə axşamı Nyu Yorkda Xarici əlaqələr şurasında (ing.: "Council on Foreign Relations") çıxışı zamanı, vəziyyətin yaxşı olduğunu, lakin mənfi risklərin artdığını bir daha dilə gətirib. 


Mayın əvvəlindən müqavimətlərin artdığını deyən sədr, ticarət münasibətlərində irəliləyişlərin qeyri-müəyyənlikləri əvəz etsə də dünya iqtisadiyyatının gücünə dair şübhələrin artmağa başladığını da əlavə edib. Firmaların ticarət siyasətləri ilə bağlı narahatlıqları indikatorlarda və statistikada özünü göstərməyə başlayır. Povel nümunə olaraq, firmaların keçən il ilə müqayisədə azalan investisiyalarını misal gətirib. 


FED-in 2018-ci ildə uçot faiz dərəcələrini bugünkü səviyyələrə kimi qaldırmaqda tələsməsi sualı ilə isə sədr razılaşmayıb. FED-in siyasətində dəyişiklik etməsi daha çox son 5-6 həftə ərzində müşahidə edilən proseslərlə əlaqələndirilir və bunun yaxın zamanlarda faiz azaldılması ilə nəticələnə biləcəyi vurğulandı. Faiz azaldılması üçün mümkün səbəblərdən danışmaq istəməyən Povel, qlobal risklərin may ayının əvvəlindən artdığını deyir və önəmli olan ümumi vəziyyəti nəzarətdə saxlamaq və tələsməmək olduğunu əlavə edir. 


Bununla yanaşı, FED parçalanmış fikirdə olduğu təəssüratını da yaratmaqdadır. Belə ki, Povel növbəti faiz qərarı ilə əmin olduqlarını bildirsə də "FOMC"-də 10 səs haqqı olanlardan biri - Ceyms Bullard artıq keçən həftə 0.25%-lik faiz azaldılmasını istəyirdi. Bu isə Povelə qarşı ilk müxalif mövqe idi. 17 toplantı iştirakçılarının 7-sinin proqnozlarına görə, uçot faiz dəhlizi ilin sonunda 1.75-2.00% ola bilər və bu iki faiz azaldılması deməkdir. Bir iştirakçı ilin sonuna kimi bir faiz azaldılması, bir iştirakçı isə bir faiz artımı ehtimal edir. Qalan 8 iştirakçı faiz dəhlizini 2019-ci ilin sonunda cari səviyyələrdə qalacağını proqnozlaşdırır. 


ABŞ prezidenti Donald Trampın FED-in siyasətinə dair tənqidlərlə bağlı suala cavabında sədr bankın ölkəyə yaxşı xidmət etdiyini deyib. Povel təndiq olunsa da Tramp haqqında açıq danışmır. Lakin FED-in qeyri-siyasi institut olması bir daha vurğulansa da pul-kredit siyasətində inasanların iştirak etməsi səhvlərin ola biləcəyinə də işarə olmalı olduğu əlavə edilib: "Sadəcə bu səhvlər çox olmamalıdır".