FED siyasətində dönüşə dair işarələr verib

31 Yanvar 2019

Amerika Mərkəzi Bankı əvvəlki toplantıları ilə müqayisədə bu dəfə daha çox ehtiyatlı mövqe sərgiləyib və ABŞ-ın dayanıqlı iqtisadiyyatından danışmayıb.

FED siyasətində dönüşə dair işarələr verib

Amerika Mərkəzi Bankı (FED) pul-kredit siyasətini dəyişə bilər. Bankın iki gün davam edən toplantısından sonra çərşənbə günü dekabr ayı ilə müqayisədə daha ehtiyatlı mövqedən çıxış edib. Belə ki, FED nə əlavə faiz artımından danışıb, nə də ABŞ-ın dayanıqlı iqtisadiyyatından söz açıb. Mütəxəssislər isə bunu daha çox faiz artımı siyasətində fasilə və ya sonu kimi qiymətləndiriblər. 


Bununla yanaşı, FED uçot faiz dərəcələrini 2.25-2.50% aralığında saxlamaq qərarını verib. Bu bazarda sürpriz olmadı, çünki gözlənilən idi. Lakin qərarın əsaslandırması təəccüb doğurub. Belə ki, faiz qərarı açıqlamasında faiz dərəcələrinin iqtisadiyyata "uyğunlaşdırılması" istiqamətində "səbrli" yanaşmadan söhbət gedir. Bununla yanaşı, FED ümumi aktivlərinin "uyğunlaşdırılması"-ndan danışır. Burada maliyyə böhranında həyata keçirilən istiqraz alışı proqramı zamanı yığılan büdcə nəzərdə tutulub.


FED ehtiyatlı mövqeyini inflyasiyanın azalması və qlobal iqtisadiyyat və maliyyə bazarlarındaki vəziyyət ilə əlaqələndirib. Bank sədri Jerom Povel mətbuat konfransında çıxışı zamanı ümumi iqtisadi mənzərənin ziddiyətlər təşkil etidyini bildirib. Avrozona və Çinin zəif iqtisadi vəziyyətinə də toxunub. Lakin ABŞ-da iqtisadi inkişaf davam etməkdədir, baxmayaraq ki, sonuncu iqtisadi indikatorlar da zəif açıqlanıb. 


Sədr cari monetar siyasəti "münasib" qiymətləndirib. Bundan sonra əlavə faiz artımı üçün arqumentlər isə azalmaqdadır və iqtisadiyyata yalnız "səbrli" davranmaqla dəstək ola bilər. Faizlərin neytral səviyyəyə də çatdığı əlavə olunub. Neytral faiz iqtisadiyyata nə mane, nə də sürətləndirdiyi səviyyədir. 


Sualları da cavablandıran Jerom Povel bu il 2018-ci il ilə müqayisədə daha zəif iqtisadi inkişafın proqnozlaşdırıldığını vurğulayıb və bankın "səbrli" mövqeyinin iqtisadi dinamikadan asılı olduğunu əlavə edib. 


FED faiz qərarı ilə yanaşı, ümumi aktivlərinə dair də açıqlamalar verib. Açıqlamada pul-kredit siyasətinin yüksək likvidlik şəraitində davam etdiriləcəyi və bazar likvidliyinin aktiv idarə olunmasına ehtiyacın olmadığı göstərilib. Qeyd etmək lazımdır ki, 2008-ci il maliyyə böhranından sonra bankın həyata keçirtdiyi istiqraz alışı proqramı nəticəsində böyük həcmdə aktivi yığılıb. 


Bütün bunlar isə FED-in maliyyə böhranındaki vəziyyətə qayıtmaq niyyətinin olmadığını göstərir. Bunu Povel bir fikirləri ilə də təsdiqləyib: "Cari faiz dəhlizi davam etdirilməlidir". Bankın uçot faizində bügünkü yuxarı və aşağı sərhəd anlayışları da maliyyə böhranından sonra tətbiq edilib və bu, 2008-ci ildən öncəki dövrlə müqayisədə ziddiyət təşkil edir.