FED: Təzyiqlərə rəğmən siyasətimizə davam edəcəyik

02 Avqust 2018

Beynəlxalq valyuta birjalarında FED-in çərşənbə günü faiz artımında fasiləsindən sonra ilin sonuna doğru əlavə iki faiz artımı gözlənilir.

FED: Təzyiqlərə rəğmən siyasətimizə davam edəcəyik

Amerika Mərkəzi Bankı (FED) uçot faizində dəyişiklik etməyib və 2.00% səviyyəsində saxlayıb. Buna baxmayaraq, çərşənbə günü maliyyə bazarlarına gələcəkdə də siyasi təzyiqlərə qarşı əyilməyəcəyi mesajı verilib.


FED mövqeyinin əsaslandırmasında iqtisadiyyatın sürətli inkişaf etdiyini və işsizlik səviyyəsinin aşağı olduğunu bildirir. Bu isə mərkəzi banka uçot faizini artırmaqda davam etməsinə imkan verir.


FED uçot faiz dəhlizini iyun ayında 1.75 və 2.00%-ə kimi yüksəltmişdi. Bu, cari il ərzində ikinci faiz artımı idi. Bununla yanaşı, maliyyə bazarlarında iyul ayı fasiləsindən sonra ilin sonuna kimi əlavə iki faiz artımı proqnozlaşdırılır.


Faiz qərarı çərşənbə günü gözlənildiyi kimi açıqlanmasına baxmayaraq, maliyyə bazarları iştirakçıları böyük maraqla gözləyirdilər. Hökümət sonuncu dəfə FED-in siyasətini tənqid etmişdir. Belə ki, prezident Donald Tramp əlavə faiz artımlarına qarşı olduğunu bildirmişdir: "Biz borclarımızı ödəməliyik və indi də faizləri artırırıq - doğurdan?".


FED-in açıqlamalarından sonra dolların aparıcı valyutalara nisbətən orta qiyməti 0.2% bahalaşıb.