FED ticarət əlaqələrinin pisləşməsindən narahtdır

12 Aprel 2018

Amerika Mərkəzi Bankı iqtisadi perspektivlərin güclənməsi ilə yanaşı xarici ticarət əlaqələrində yaşana biləcək hər hansı bir təzyiq fonunda narahatdır.

FED ticarət əlaqələrinin pisləşməsindən narahtdır

Amerika Mərkəzi Bankı (FED) iqtisadiyyatın canlandığını müşahidə etsə də, Çin ilə mənfi ticarət münasibətləri fonunda narahatdır. 


Mart ayında FED sədri Jerom Povel ilk dəfə çıxışı zamanı ticarət münaqişələri ilə bağlı sualları cavablayarkən, bu mövzunun komitə tərəfindən müzakirə edilməsinə baxmayaraq, xarici ticarət siyasəti səlahiyyətlərini aşdığını və şərh verə bilməyəcəyini bildirmişdi. Lakin bütün bunlara baxmayaraq, maliyyə bazarlarında investorlar çərşənbə gün yayımlanan toplantı protokolunu diqqət mərkəzində saxlayırdılar. 20-21 mart aralığında baş tutan toplantının yayımlanan protokolunda isə vurğulanır ki, polad və alüminiuma tətbiq edilən gömrük rüsumları iqtisadi vəziyyətə ciddi təsir etməyəcək. 


Lakin FED-in pul-kredit siyasətini müəyyən edən komitə (ing.: "FOMC") üzvlərinin əksəriyyəti xarici ticarət ilə bağlı həyata keçirilən yeni siyasətə qarşılıq olaraq digər dövlətlərin tədbirləri fonunda narahatdırlar: Bu baş verərsə, iqtisadi vəziyyət çətinləşə bilər, xüsusilə də kənd təsərrüfatı. Belə ki, Çin hökümətinin FED toplantısından sonra soyaya (974.757 0.08%) qarşı tətbiq edilə biləcək gömrük rüsumları bəyanatı narahatlıqlara əsas verir. 


Xarici ticarət fonunda narahatlıqlarla yanaşı FED Amerika iqtisadiyyatının vəziyyətini yaxşı qiymətləndirir. Komitə üzvləri yekdilliklə perspektivlərin son aylar yaxşılaşdığını görürlər. Bununla yanaşı, şirkətlər arasında nikbinlik dərəcəsi ciddi şəkildə artıb. 


İqtisadiyyat ABŞ hökümətinin yeni vergi və təşviq proqramı ilə dəstəklənir, amma burada proqramların iqtisadiyyata təsir etməsi dərinliyi ilə bağlı qismən qeyri-müəyyənlik mövcuddur. 


Protokola əsasən, əmək bazarında tam məşğulluq mövcuddur. Bəzi şirkətlər isə kadr çatışmazlığından da əziyyət çəkirlər. İnflyasiya hədəfinə də gələcək aylarda çatılacağı açıq vurğulanır. Şəxsi istehlak xərclərinin baza indeksi sonuncu dəfə 1.6% açıqlanmışdır. 


Qeyd etmək lazımdır ki, FED mart ayında uçot faiz dərəcəsinin yuxarı sərhədini 1.50%-dən 1.75%-ə qaldırmağı qərara almışdır. Əlavə olaraq ilin sonuna kimi iki dəfə də artırılması planlaşdırılır. 


Protokolun yayımlanmasından sonra dünya birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiymətində 0.3%-lik bahalaşma müşahidə edilib.