FED toplantısı öncəsi lirə dollara qarşı bahalaşır

18 İyun 2019

USDTRY cütlüyü həm FED-in toplantısı öncəsi dollar indeksindəki geriləmə, həm də neftin ucuzlaşmasından sonra 5.82-i hədlərinə qədər dəyər itirdi.

FED toplantısı öncəsi lirə dollara qarşı bahalaşır

Dünənki ticarət günüdən 5.85 hədlərinə qədər geriləyən USDTRY cütlüyü, bu gün də həm FED-in toplantısı öncəsi dollar indeksindəki geriləmə, həm də neftin ucuzlaşmasından sonra 5.82-i hədlərinə qədər dəyər itirdi. Sabah baş tutacaq FOMC toplantısı bu həftəki tendensiyanın müəyyənləşməsində ən əhəmiyyətli faktor kimi treyderlərin diqqət mərkəzindədir. Analitiklərin proqnozlarına əsaslansaq TL də digər inkişaf etməkdə olan ölkələrin valyutaları kimi bahalaşa bilər.


USDTRY cütlüyündə 5,87 müqavimət həddini qıra bilməyəcəyi təqdirdə 5,75 ən yaxın dəstək həddi kimi çıxış edir. FED-in toplantısı zamanı iyul ayında dolların uçot dərəcələrin endirilməsi ehtimalları öz təsdiqini taparsa lirənin bahalaşması tendensiyası daha da sürətlənə bilər. Ancaq bunun üçün digər siyasi risklərin də azalması mütləqdir.