12.03.2020 FED və İngiltərə bankı faizləri azaltdı

12.03.2020
Beynəlxalq Birjaların cari vəziyyəti ilə bağlı xəbərdar olmaq üçün bizi izləyin

12.03.2020 - InvestAZ İnvestisiya Şirkətinin analitiki İlkin Alıyev dünya birjalarında cari vəziyyət haqqında danışır. 



Avropa Mərkəzi Bankının faiz qərarı diqqət mərkəzində. 

Beynəlxalq valyuta birjalarında bu gün günlərlə böyük maraqla gözlənilən və Bakı vaxtı ilə saat 16:45-də açıqlanacaq Avropa Mərkəzi Bankının faiz qərarı öncəsi avronun qiyməti 1.14$-ın altında ticarət edilməkdədir. 

İqtisadiyyatlara maliyyə dəstəyi vermək üçün Amerika və İngiltərə mərkəzi bankları tərəfindən faiz azaldılması qərarından sonra eyni addım Avropada da gözlənilir. 

Nəticədə dollar və funt sterlinqin qiymətlərində müşahidə edilən ucuzlaşma, avroda da müşahidə edilə bilər. 

Təhlillər isə avronun 1.14$-ın altında qaldıqca, 1.10, funtun isə 1.27$-a kimi ucuzlaşacağı proqnozlaşdırılır.