FED və İngiltərə bankı faizlərini azaltdı

12 Mart 2020

FED və İngiltərə mərkəzi bankından siyasətlərinin daha da yumşaldılması qərarından sonra AMB-nin də faiz qərarının önəmliyi artıb.

FED və İngiltərə bankı faizlərini azaltdı

Beynəlxalq valyuta birjalarında bu gün günlərlə böyük maraqla gözlənilən və Bakı vaxtı ilə saat 16:45-də açıqlanacaq Avropa Mərkəzi Bankının faiz qərarı öncəsi avronun qiyməti 1.14$-ın altında ticarət edilməkdədir. 

İqtisadiyyatlara maliyyə dəstəyi vermək üçün Amerika və İngiltərə mərkəzi bankları tərəfindən faiz azaldılması qərarından sonra eyni addım Avropada da gözlənilir. 

Nəticədə dollar və funt sterlinqin qiymətlərində müşahidə edilən ucuzlaşma, avroda da müşahidə edilə bilər. 

Təhlillər isə avronun 1.14$-ın altında qaldıqca, 1.10, funtun isə 1.27$-a kimi ucuzlaşacağı proqnozlaşdırılır.