Fırtına öncəsi səssizlik

11 Sentyabr 2019

Avropa Mərkəzi Bankının -0.4% olan depozit faizini -0.5%-ə endirə biləcəyi proqnozları fonunda EUR/USD cütlüyündə aktivliyin azaldığı görülür.

Fırtına öncəsi səssizlik

Avropa Mərkəzi Bankının faiz qərarı öncəsi EUR/USD cütlüyündə aktivliyin azaldığı görülür. Cütlükdə aktivliyin azalması qrafikdə dalğaların qısalması və üçbucaq fiqurunun yaranması ilə müşahidə olunur.

Avropa Mərkəzi Bankının faiz qərarının 12 sentyabr tarixində Bakı vaxtı ilə 15:45 -də açıqlanacağı gözlənilir. Hal-hazırda -0.4% olan depozit faizləri -0.5%-ə endirilə bilər. 

Qərarın cütlükdü yüksək dalğalanmaya səbəb olacağı gözlənilir. 

Eniş istiqamətində hədəf səviyyə 1.10159, artım istiqamətində hədəf səviyyə isə 1.10838 olaraq qəbul edilir.