FOMC protokolları açıqlandı

22 Avqust 2019

Dünən açıqlanan FOMC protokolları FED-in faiz endiriminin korreksiya olduğunu bir daha təsdiqlədi.

FOMC protokolları açıqlandı

Dünən açıqlanan FOMC protokolları FED-in faiz endiriminin korreksiya olduğunu bir daha təsdiqlədi. 

Ümümilikdə ABŞ iqtisadiyyatına dair makroiqtisadi göstəricilərin yaxşı olduğunu görə bilərik. İnvestorların diqqəti bir çox məkəzi bank sədrlərinin iştirak etdiyi Jackson Hole Simpoziumuna yönəlib. Hal-hazırda bazarlarda ciddi qiymət dəyikilyi baş vermir, üfüqi trend davamlı xarakter alıb. Sabah Bakı vaxtı ilə 18.00 da FED sədri Povelin çıxışı bazar üçün ciddi drayv ola bilər. Səslənəcək fikirlər arasında növbəti QE kəmiyyət yumşaldılması proqramının anonsu olarsa dolların kəskin ucuzlaşmasının gözləmək olar. 

Avronun qiymətinə təsir edə biləcək bu gün Bakı vaxtı ilə saat 11.30 və 12.00 açıqlanacaq Almaniya Biznes Aktivliyi İndeksi (PMI) və Avrozona Biznes Aktivliyi İndeksi (PMI), saat 15.30-da Avropa Mərkəzi Bankının toplantı protokolu investorların diqqət mərkəzindədir.