"FOMC" toplantısı öncəsi qızılda gözləntilər

30 Oktyabr 2019

Bu gün investorlar FED-in faiz qərarından əlavə, prezidenti Ceremi Pavelin mətbuat konfransının tonuna və məzmununa diqqət yetirəcəklər.

"FOMC" toplantısı öncəsi qızılda gözləntilər

Qızılın qiymətləri FED-in bu axşam baş tutması gözlənilən toplantısı ərəfəsində nisbətən durğundur. Bu toplantıda FED-in qlobaq iqtisadi inkişafın zəifləməsi və ticarət savaşları mühitində üst-üstə üçüncü dəfə faiz endiriminə getməsi və 2020- ci il ərəfəsində pul-kredit siyasətində izlənəcək yol xəritəsinə dair açıqlamlar verəcəyi gözlənilir.

Faiz qərarından əlavə investorlar FED prezidenti Ceremi Pavelin mətbuat konfransının tonuna və məzmununa diqqət yetirəcəklər. Pavel bu toplantıda yumşaq monetar siyasətə ara verəbiləcəyinə dair siqnallar verə bilər. Yaxud tam əksinə, iqtisadiyyatda diqqətə çarpacaq bir irəliləyiş olarsa,  yumşaq monetar siyasəti davam etdirə biləcəklərini vurğulaya bilər.

Digər tərəfdən, ABŞ Maliyyə naziri Stiven Mnüçin çərşənbə axşamı verdiyi açıqlamada maliyyə bazarlarında mümkün qısamüddətli pul çatışmazlığının qarşısını almaq məqsədilə böyük banklar üçün likvidlik qaydalarını sərtləşdirən böhran dövrü qaydalarının yumşaldıla biləcəyini qeyd etmişdi.

Qeyd edək ki, iki günlük ucuzlaşmanın ardından qızlda qiymətlər sabitləşmiş, hazırda dünya birjasında bir unsiyası 1490 dollar hədlərində ticarət edilir. Bu qiymətli metal FED-in faiz qərarı ərəfəsində üfiqi tendensiyasını davam etdirsə də qlobal iqtisadi geriləmələr və böyük mərkəzi bankların yumşaq monetar siyasəti fonunda yenidən bahalaşa bilər.1519 hədləri qırılacağı təqdirdə, 1525, 1536, 1555 qiymətləri növbəti müqavimət hədləri kimi çıxış edir.