Foreks: ABŞ-ın mövqeyinə aydınlıq gətirməsi və dollar

28 İyun 2018

ABŞ prezidenti Donald Trampın çərşənbə günü çıxışından sonra dolların aparıcı valyutalara nisbətən qiymətləri yenidən bahalaşmağa başlayıb.

Foreks: ABŞ-ın mövqeyinə aydınlıq gətirməsi və dollar

Amerika Çin investisiyalarına qarşı spesifik tədbirlər görmək əvəzinə ümumilikdə xarici investisiyalara qarşı tədbirləri sərtləşdirməyi planlaşdırır. Bu haqda çərşənbə günü danışan Donald Tramp son günlər formalaşan ABŞ-ın Çin investisiyalarına qarşı sərt tədbirlər görüləcəyi gözləntilərini aradan qaldırıb və Çin ilə alovlu siyasi qarşı durmanın soyumasına səbəb olub. Bu isə öz növbəsində dünya birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərinin də yenidən 1%-ə kimi bahalaşmasına təsir edib.


Amerika dünyada texnologiya, milli təhlükəsizlik və gələcək rifah sahəsində liderliyinə təhdid yarada biləcək investisiyalara qarşı konqresdə yeni qanunun qəbulunu planlaşdırır. Amerika höküməti isə Çin şirkətləri tərəfindən ABŞ texnologiyalarının oğurlanmasından narahat idi.


EUR və GBP-də yeni minimumlar. 

EUR/USD məzənnəsi də 1.1551$-a kimi ucuzlaşıb. Texniki Analizlərə əsasən, məzənnə 1.1600$-ın altında qaldıqca, 1.1447$-a kimi də ucuzlaşa bilər. GBP/USD məzənnəsinin də 1.2962$-a kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır.


Neft-də növbəti bahalaşma 79$-a kimi davam edə bilər. 

Enerji bazarlarında isə neft qiymətlərində növbəti dəfə bahalaşmanın şahidi oluruq. Hal-hazırda 77$-a ticarət edilən Avropanın Brent markalı neftinin bir barel qiyməti 77.43$-ı da yuxarı istiqamətdə qırarsa, 79.16$-a kimi dəyər qazana bilər.