Foreks: Amerika sessiyasında dollarda ucuzlaşma

22 Fevral 2019

Dünya valyuta birjalarında dolların qiymətlərində ucuzlaşma başlasa da treyderlər həftənin dəstək səviyyəsinin qırılmasını gözləməyi önəmli hesab edirlər.

Foreks: Amerika sessiyasında dollarda ucuzlaşma

Foreks bazarlarında Amerika sessiyasının açılması ilə dolların qiymətlərində volatillik artıb. Belə ki, dolların aparıcı valyutalara nisbətən qiymətləri Avropa sessiyasında 0.3% bahalaşdıqdan sonra yenidən ucuzlaşmağa başlayıb. 


Maliyyə bazarlarında dolların qiymətlərində çərşənbə günündən başlayan bahalaşma keçən həftənin müqavimət səviyyəsi altında qaldıqca, korrektiv qiymətləndirilir. ABŞ höküməti ətrafında siyasi risklərin son günlər yenidən gündəmə gəlməsi, Vaşinqtonda ABŞ ilə Çin arasında başlayan növbəti görüşlər fonunda qeyri-müəyyənlik, keçən həftə Amerika iqtisadiyyatına dair fundamental göstəricilərin proqnozlaşdırılandan da çox zəif açıqlanması və Amerika Mərkəzi Bankının monetar siyasətinə dair dəqiq planının olmaması, dolların dünya birjalarında ucuzlaşmasına səbəb olmuşdur.


Təhlillərə əsasən, dollar indeksində çərşənbə gününün dəstək səviyyəsini aşağı istiqamətdə qırılmasını gözləmək lazımdır. Məhz bundan sonra ucuzlaşma əlavə olaraq, 0.4% də davam edə bilər. 


Əks təqdirdə qiymətin gələcək istiqamətinə dair qeyri-müəyyənlik arta və volatillik yenidən azala bilər.