Foreks bazarlarında dollar 0.6% ucuzlaşdı

27 Fevral 2019

Beynəlxalq valyuta birjalarında EUR/USD məzənnəsində bahalaşma 1.15$-a kimi davam edə bilər, lirəyə qarşı fundamental təzyiqlər də gündəmdə.

Foreks bazarlarında dollar 0.6% ucuzlaşdı

Foreks: Dollar ucuzlaşmaqda, EUR/USD 1.15$-a kimi bahalaşa bilər. 

Beynəlxalq valyuta birjalarında Amerika Mərkəzi Bankının (FED) sədrinin çıxışından sonra dolların aparıcı valyutalara nisbətən qiymətləri 0.6%-ə kimi ucuzlaşıb. EUR/USD məzənnəsi də 1.14$-a kimi bahalaşıb və bu səviyyənin üzərində qalarsa, 1.15$-a kimi bahalaşa bilər.


USD/TRY məzənnəsinin 5.36TL-yə kimi bahalaşması proqnozları. 

Türkiyə birjalarında isə USD/TRY məzənnəsi 5.31TL-yə ticarət edilməkdədir və 5.32TL-ni də yuxarı istiqamətdə qırdığı təqdirdə, 5.36TL-yə kimi bahalaşacağı proqnozlaşdırılır.


Dünya birjalarında dollar ucuzlaşsa da Türkiyə iqtisadiyyatının spesifik riskləri də diqqət mərkəzində saxlanılmalıdır.