Foreks bazarlarında dollar bahalaşır

19 İyul 2018

FED sədri Povelin çərşənbə axşamı senatorda çıxışı zamanı əlavə faiz artımı siqnalları verməsi, maliyyə bazarlarında hərəkətlilik yaradıb.

Foreks bazarlarında dollar bahalaşır

Dünya valyuta birjalarında Amerika Mərkəzi Bank (FED) sədri Jerom Povelinin çıxışı, dolların aparıcı valyutalara nisbətən orta qiymətinin 0.5%-ə kimi bahalaşmasına təsir edib. Beləliklə, EUR/USD və GBP/USD məzənnələrində də güclü ucuzlaşma müşahidə edilir.

Təhlillərə əsasən, avro keçən həftənin minimum səviyyəsini qırarsa, 1.15$-a kimi ucuzlaşa, funt isə 1.30$-a kimi ucuzlaşarsa, əlavə olaraq 1.29$-a kimi də eniş dalğasını sürətləndirə bilər.


Qızıl qiymətləri 1215$ istiqamətində. 

Əlvan metallar bazarlarında da qızılın qiyməti 1226$-a kimi ucuzlaşdı və bu səviyyənin altında qalarsa, 1210$-a kimi dəyər itirə bilər.