Foreks bazarlarında dollar bahalaşmaqda davam edir

14 Fevral 2019

Beynəlxalq valyuta birjalarında dolların qiymətlərində müşahidə edilən bahalaşma daha da güclənib və önəmli göstəricilər diqqət mərkəzində.

Foreks bazarlarında dollar bahalaşmaqda davam edir

Avropa sessiyasının açılması ilə beynəlxalq valyuta birjalarında Amerika sessiyasında müşahidə edilə dolların bahalaşması tendensiyası daha da sürətlənib. 


Amerika sessiyasında ABŞ ilə Çin arasında növbəti danışıqların başlaması, ABŞ iqtisadiyyatında dair fundamental məlumatların müsbət açıqlanması və Avrozona və digər ölkələrdə iqtisadi və siyasi risklərin artması, dünya birjalarında dollara olan tələbin artmasına səbəb olur. 


Amerika sessiyasında dolların aparıcı valyutalara nisbətən qiymətləri təqribən 0.6% bahalaşdıqdan sonra bu gün Avropa sessiyasında artıq 0.3% bahalaşıb. 


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq Amerikanın pərakəndə satış dövriyyəsi və istehsal qiymətləri indeksi ilə bağlı önəmli statistik məlumatlar da investorların diqqət mərkəzindədir.