Foreks bazarlarında dollar daha da ucuzlaşa bilər

11 Oktyabr 2017

Dünya birjalarında son bir ay ərzində 3% bahalaşan dolların qiyməti, son 3 gündür 1% ucuzlaşıb.

Foreks bazarlarında dollar daha da ucuzlaşa bilər

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiyməti ucuzlaşmaqda davam edir. Nəticədə EUR/USD məzənnəsi 1.1827, GBP/USD məzənnəsi 1.3225$-a kimi bahalaşıb. Türkiyə maliyyə bazarlarında isə USD/TRY məzənnəsi 3.70TL-ə ticarət edilir.

Təhlillər isə onu göstərir ki, avro 1.17$-ın üzərində qaldıqca, 1.1930$, funtun qiyməti 1.31$-ın üzərində qaldıqca, 1.3390$-a kimi bahalaşa bilər. Türkiyə bazarlarında Dollar/Lirə məzənnəsi 3.72TL-nin altında qalmağa davam etdiyi təqdirdə, 3.67 və 3.61TL-ə kimi ucuzlaşa bilər.

Brent nefti qiymətinin bahalaşması 58$-a kimi davam edə bilər. 

Enerji bazarlarda isə 56.78$-a kimi dəyər qazanan Avropanın Brent markalı neftinin bir barel qiymətinin artım dalğası, 57.15$-a kimi də davam edərsə, qiymət 58.00$-a kimi də dəyər qazana bilər.

Eyni zamanda, bu gün Bakı vaxtı ilə saat 18:00-da ABŞ-da tutulmamış iş yerlərinin sayı ilə bağlı statistik məlumatlar açıqlanacaqdır və beləliklə, dünya birjalarında ticarət aktivliyinin artması gözlənilir.