Foreks bazarlarında dollar ucuzlaşdı

24 May 2018

FED-in toplantı protokolunun yayımlanmasından və TCMB-nin faiz qərarından sonra EUR/USD, GBP/USD məzənnələri bahalaşıb, USD/TRY ucuzlaşıb.

Foreks bazarlarında dollar ucuzlaşdı

Dünya valyuta birjalarında Amerika Mərkəzi Bankının toplantı protokolunun yayımlanmasından sonra dolların aparıcı valyutalara nisbətən qiymətlərində 0.4%-lik ucuzlaşma müşahidə edilib.


Avro yenidən 1.18$-a doğru bahalaşa bilər. 

EUR/USD məzənnəsi 1.1710$-ın üzərində ticarət edilməkdədir və qiymət bu səviyyənin üzərində qalarsa, 1.1750 və 1.1797$-a kimi də bahalaşa bilər.


Funtda bahalaşma 1.34$-a kimi davam edə bilər. 

GBP/USD məzənnəsi isə 1.3380$-ı yuxarı istiqamətdə qırarsa, 1.3424$-a kimi bahalaşa bilər.


TCMB-nin faiz artımı və lirə 8% bahalaşdı. 

Bununla yanaşı, Türkiyə Mərkəzi Bankının faiz artımı qərarından sonra dolların lirəyə nisbətən məzənnəsi 4.54TL-ə kimi 8% ucuzlaşıb və 4.47TL-ə kimi də ucuzlaşa bilər.