Foreks bazarlarında dollar və neft ucuzlaşır

19 Dekabr 2018

Dünya iqtisadiyyatında risklərin artması, FED-in gələn il üzrə faiz artımı ehtimallarını azaldır. Neftə olan tələb də azalmaqdadır.

Foreks bazarlarında dollar və neft ucuzlaşır

Beynəlxalq valyuta birjalarında Amerikanın fond indekslərinin sürətlə ucuzlaşması, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin də 1%-ə kimi ucuzlaşmasına səbəb olub. Təhlillərə əsasən, dollar indeksi cari həftənin minimum səviyyəsini qırarsa, 0.6%-ə kimi də ucuzlaşa bilər.


Amerikanın “S&P” və “Dou Cons” indeksləri ucuzlaşmaqda davam edərək, son bir ilin minimum səviyyələrini yeniləmələri, Amerika iqtisadiyyatında risklərin artmasına işarədir. Beləliklə, Amerika Mərkəzi Bankının (FED) növbəti faiz artımı üzrə gözləntiləri azalır və dünya birjalarında dollar ucuzlaşır.


Dünyada iqtisadi risklərin artması, enerji bazarlarında neftə olan tələbin də azalmasına səbəb olur və nəicədə neft qiymətləri ucuzlaşır. Avropanın Brent markalı neftinin bir barel qiyməti artıq 56$-a ticarət edilir və bu səviyyənin altında qalarsa, 53$-a kimi də dəyər itirə bilər.


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 19:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı önəmli fundamental məlumatlar və FED-in saat 23:00-da açıqlanacaq faiz qərarının sonra saat 23:30-da baş tutacaq mətbuat konfransı da investorların diqqət mərkəzindədir.


Image title

Image title