Foreks bazarlarında dolların ucuzlaşması səbəbləri

28 Yanvar 2019

ABŞ-da siyasi risklərin yenidən artması, Breksit fonunda yayılan müsbət xəbərlər, dolların digər valyutala nisbətən qiymətlərini ucuzlaşdırıb.

Foreks bazarlarında dolların ucuzlaşması səbəbləri

Beynəlxalq maliyyə bazarlarında cümə günü dolların aparıcı valyutalara nisbətən qiymətlərində müşahidə edilən sürətli ucuzlaşma, investorların diqqət mərkəzində olan əsas hadisədir. 


Foreks bazarlarında dolların qiymətlərində müşahidə edilən ucuzlaşmaya səbəb üç önəmli hadisə göstərilir. Birincisi, texniki olaraq dollar indeksinin cümə axşamından etibarən başlatdığı ucuzlaşmasının önəmli dəstək səviyyəsi sayılan 95.90 punktu da qırması ilə nəticələnməsidir. 


İkinci hadisə ABŞ prezidenti Donald Trampın keçmiş məsləhətçisi və seçki kampaniyasının işçisi Roger Stonun həbs edilməsi ilə ölkədə siyasi risklərin artmasıdır. 


Üçüncü hadisə isə Avropadadan Breksit ilə bağlı gələn müsbət xəbərlər oub. İngiltərənin "The Sun" nəşrinin yaydığı xəbərə əsasən, Şimali İrlandiya partiyası "DUP" hökümətin Breksit planını dəstəkləyə bilər və bundan sonra avro və funta olan tələb maliyyə bazarlarında artıb. 


Hal-hazırda dolların aparıcı valyutala nisbətən orta qiyməti - dollar indeksi (DXY) - 95.44 punkt ətrafında dalğalanır.