Foreks bazarlarında zəif dalğalanma

22 Yanvar 2019

Dünya maliyyə bazarlarında Amerika fond bazarlarında müşahidə edilən dalğalanma fonunda qeyri-müəyyənlik, ticarət aktivliyinin zəifləməsinə təsir edir.

Foreks bazarlarında zəif dalğalanma

EUR/USDGBP/USD məzənnələri müvafiq olaraq 1.14 və 1.29$ ətrafında dalğalanmaqda davam edir. Türkiyə maliyyə bazarlarında da USD/TRY məzənnəsi 5.32TL-nin üzərində ticarət edilir.


Təhlillərə əsasən, dolların aparıcı valyutalara nisbətən orta qiyməti cari həftənin maksimum səviyyəsini qırarsa, əlavə olaraq, 0.4% də bahalaşa bilər.


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:30, 14:00 və 19:00-da müvafiq olaraq açıqlanacaq İngiltərənin əmək bazarı, Almaniyanın iqtisadi gözləntilərini ölçən indeks və ABŞ-ın təkrar mənzil bazarında satış dövriyyəsi ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.