Foreks: Dollar 0.6% də ucuzlaşa bilər

29 Yanvar 2019

Dünya maliyyə bazarlarında dolların ucuzlaşması proqnozlarının aktuallığı və ABŞ-dan açıqlanacaq önəmli göstəricilər investorların diqqət mərkəzində.

Foreks: Dollar 0.6% də ucuzlaşa bilər

Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri təzyiq altında qalmaqda davam edir. Təhlillərə əsasən, dolların orta qiyməti bazar ertəsinin minimum səviyyəsini yenidən qırarsa, əlavə olaraq 0.6% də ucuzlaşa bilər.


Dünyada siyasi və iqtisadi risklərin artması, əlvan metallar bazarlarında qızıla olan tələbin də yüksək qalmasına səbəb olur. Beləliklə, qızılın bir unsiya üzrə qiymət 1304$-ın üzərində qalarsa, 1309 və 1314$-a kimi də dəyər qazana bilər.


Bu gün Bakı vaxtı ilə saat 18:00 və 19:00-da müvafiq olaraq açıqlanacaq Amerikanın mənzil bazarında qiymət indeksi və istehlak bazarı ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.