Foreks: Dollar 0.7%-ə kimi bahalaşa bilər

27 Noyabr 2018

Beynəlxalq valyuta birjalarında Amerikanın fond indekslərində müşahidə edilən bahalaşma, ticarət aktivliyinin artmasına səbəb olub.

Foreks: Dollar 0.7%-ə kimi bahalaşa bilər

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərinin bahalaşaraq, keçən həftənin maksimum səviyyəsi üzərində möhkəmləndiyinin şahidi oluruq. Bunun əsas səbəbi Amerika fond bazarlarında indekslərin bahalaşmasıdır.


Beləliklə, Amerikanın “S&P” (Es and Pi) və “Dow Jones” (Dou Cons) indeksləri müvafiq olaraq 2680 və 24670 punktu da yuxarı istiqamətdə qırarlarsa, dolların orta qiyməti də 0.7%-ə kimi dəyər qazana bilər.


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 19:00-da açıqlanacaq ABŞ-ın istehlak bazarı ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.