Foreks: Dollar 1.3% də ucuzlaşa bilər

04 Yanvar 2019

Beynəlxalq birjalarında bu gün ABŞ-dan açıqlanacaq önəmli iqtisadi göstəricilər investorların diqqət mərkəzindədir və volatilliyin artması gözlənilir.

Foreks: Dollar 1.3% də ucuzlaşa bilər

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində ucuzlaşma davam edir. Təhlillərə əsasən, dollar indeksi son iki ayın minimum səviyyəsini də aşağı istiqamətdə qırarsa, ucuzlaşma 1.3%-a kimi sürətlənə bilər.


Türkiyə maliyyə bazarlarında isə dolların qiyməti 5.62TL-yə kimi bahalaşqdıqdan sonra 5.44TL-yə kimi ucuzlaşıb və bu səviyyənin altında qalarsa, 5.36TL-yə kimi də ucuzlaşa bilər.


Dolların qiymətlərində ucuzlaşma, əmtəə birjalarında qızılneft qiymətlərinin də dəyər qazanmasına səbəb olur. Belə ki, qızılın bir unsiya üzrə qiyməti 1295$-a təklif edilməkdədir və 1298$-ı da yuxarı istiqamətdə qırarsa, 1309$-a kimi bahalaşa bilər. Avropanın Brent markalı neftinin bir barel qiyməti isə 56$-a ticarət edilir və 57$-ı da yuxarı istiqamətdə qırarsa, 59 və 62$-a kimi dəyər qazana bilər.


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 17:30-da dərc ediləcək Amerikanın əmək bazarı ilə bağlı önəmli fundamental məlumatlar da diqqət mərkəzində saxlanılmalıdır.