Foreks: Dollar 1.5% ucuzlaşdı

04 Yanvar 2018

Cümə günü açıqlanacaq ABŞ-ın əmək bazarı ilə bağlı statistik göstəricilər öncəsi dolların qiyməti son iki ayın minimum səviyyəsinə kimi ucuzlaşıb.

Foreks: Dollar 1.5% ucuzlaşdı

Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiyməti son bir həftə ərzində 1.5% ucuzlaşıb. Belə ki, EUR/USD məzənnəsi 1.2082$ və GBP/USD məzənnəsi 1.3612$-a kimi bahalaşıb, USD/TRY məzənnəsi isə 3.75TL-ə kimi ucuzlaşıb.

Avro 1.20$-ın üzərində qaldıqca, 1.2123$-a kimi bahalaşa bilər. 1.3493$-a kimi qismən korreksiya edən funt sterlinqin qiyməti isə yenidən 1.3570$-a kimi bahalaşarsa, 1.3835$-a kimi bahalaşa bilər.

3.78TL-ə kimi korreksiya edən Dollar/Lirə məzənnəsi isə 3.76TL-ə kimi yenidən ucuzlaşarsa, eniş dalğası 3.72TL-ə kimi də sürətlənə bilər.

Neft də bahalaşanlar arasında. 

Enerji bazarlarında da Avropanın Brent markalı neftin qiyməti proqnozlaşdırıldığı kimi 68$-a yaxınlaşmaqdadır. 67.70$-ın üzərində təklif edilən bir barelin qiyməti 68.21$-a kimi də dəyər qazana bilər.

ABŞ-da "NFP" göstəricisi açıqlanacaq. 

Bununla yanaşı, cümə günü Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq Amerikanın əmək bazarı ilə bağlı önəmli fundamental göstəricilər də investorların diqqət mərkəzinədir.