Foreks: Dollar 1%-ə kimi də ucuzlaşa bilər

21 İyun 2019

FED-in açıqlamaları ilə avro və funt bahalaşmaqda davam edir və 1%-ə kimi də dəyər qazana biləcəkləri proqnozlaşdırılır.

Foreks: Dollar 1%-ə kimi də ucuzlaşa bilər



FED-in açıqlamaları ilə avro və funt bahalaşmaqda davam edir

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri ucuzlaşmaqda davam edir və təqribən son iki ayın minimlarında ticarət edilməkdədir.

 

Amerika mərkəzi bankının faiz azaldılması ehtimalları ilə ucuzlaşmağa başlayan dolların, 1%-ə kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

 

Nəticəsə avro və funta olan tələb də artıb. Təhlillərə əsasən, EUR/USD 1.1347 və GBP/USD məzənnəsi 1.2785$-a kimi bahalaşa bilər.