31.05.2019 Foreks: Dollar 1% ucuzlaşa bilər

31.05.2019
Beynəlxalq Birjalarının cari vəziyyəti ilə bağlı xəbərdar olmaq üçün bizi izləyin

31.05.2019 - InvestAZ İnvestisiya Şirkətinin analitiki İlkin Alıyev dünya birjalarında cari vəziyyət haqqında danışır. 



Foreks bazarlarında dollarda ucuzlaşma başladı. 

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən məzənnələrinin ucuzlaşmağa başladığı müşahidə edilir.


Təqribən son iki ilin maksimum səviyyələrində ticarət edilən dolların qiymətləri, cümə axşamının maksimum səviyyələri altında qalarsa, cari həftənin minimum səviyyələrinə kimi 1% ucuzlaşa bilər.


Dolların ucuzlaşması, əlvan metallar bazarlarında qızıla olan tələbin də artmasına təsir edib və bir unsiya üzrə qiymət 1293$-ın üzərində möhkəmlənərsə, 1298$-a kimi də dəyər qazana bilər.