Foreks: Dollar 2018-ci ilin maksimumlarını yenilədi

10 Yanvar 2018

Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiyməti 2018-ci ilin maksimum səviyyələrini yenilədikdən sonra 0.3% korreksiya edib.

Foreks: Dollar 2018-ci ilin maksimumlarını yenilədi

EUR: Eniş dalğası 1.1876$-a kimi güclənə bilər. 

Foreks bazarlarında EUR/USD məzənnəsi 1.1956 - 1.1926$ arası dəhlizi qırdıqdan sonra 1.1949$-a kimi korreksiya edib. Təhlillərə əsasən, qiymət gələcək günlər ərzində yenidən 1.1926$-a kimi ucuzlaşaraq, bu səviyyənin altında qalmağa çalışacaqdır. Bu baş verərsə, eniş dalğası 1.1876$-a kimi sürətlənə bilər.


USD/TRY 3.80TL-ə kimi bahalaşa bilər. 

Türkiyədə isə USD/TRY məzənnəsi artıq 3.76TL-nin üzərində ticarət edilməkdədir Qiymət sözügedən səviyyənin üzərində möhkəmlənərsə, 3.80TL-ə kimi də bahalaşacağı proqnozlaşdırılır.


Neft qiymətlərində növbəti artım dalğası. 

Enerji bazarlarında neft qiymətlərində bahalaşma davam edir. Artıq Avropanın Brent neftinin bir barel qiyməti 69.02$-a kimi də dəyər qazanıb və 68.60$-ın üzərində qaldıqca, artım dinamikası 70.06$-a kimi də davam edə bilər.

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 19:30-da neft qiymətlərinə güclü təsir edə biləcək, ABŞ-ın neft ehtiyatları ilə bağlı önəmli fundamental məlumatlar açıqlanacaqdır.