Foreks: Dollar az dəyişib

02 Sentyabr 2019

Beynəlxalq valyuta birjalarında qeyri-müəyyənliklər və ABŞ-da birjaların bağlı olması ilə əlaqədar olaraq dollarda ticarət zəifləyib.

Foreks: Dollar az dəyişib

Amerika dolları bazar ertəsi digər aparıcı valyutalara nisbətən az dəyişib. Bu, ABŞ və Çin hökümətləri arasında ticarət böhranı fonunda sonuncu hadisələr ilə əlaqədar olaraq investorların qeyri-müəyyən gözləntiləri ilə və ticarət həcmlərinin azlığı ilə bağlıdır. 

ABŞ bazar günü Çindən idxal olunan ayaqqabı, ağıllı saat və televiziyalarına 15%-lik gömrük rüsumu tətbiq edib. Bu isə uzun danışıqlardan sonra Çinin Amerikadan idxal olunan neftə rüsum tətbiq etməsindən sonra qərara alınıb. 

ABŞ prezidenti iki ölkə arasında danışıqların sentyabr ayında davam edəcəyini bildirsə də müsbət nəticələrin əldə ediləcəyinə dair gözləntilər azdır. 

Bununla yanaşı, bu gün Amerika birjaları da əmək bayramı ilə əlaqədar olaraq bağlıdır.