Foreks: Dollar bahalaşmaqda davam edir

19 Oktyabr 2018

Beynəlxalq valyuta birjalarında dolların dəyər qazanması, investorların diqqət mərkəzindədir. Neft və qızıl qiymətləri də təzyiq altında qalmaqda.

Foreks: Dollar bahalaşmaqda davam edir

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri bahalaşmaqda davam edir. Texniki təhlillərə əsasən, son iki ayın maksimum səviyyəsi də qırılarsa, bahalaşmalar son bir ilin maksimum səviyyəsinə doğru sürətlənə bilər.


Nəticədə EUR/USD məzənnəsi də artıq 1.15$-a ticarət edilir və bu səviyyənin altında qaldıqca, 1.14$-a kimi də  ucuzlaşa biləcəyi proqnozlaşdırılır.


Neft və Qızıl qiymətləri təzyiq altında. 

Əmtəə birjalarında da dolların bahalaşması, qızılneft qiymətlərinin ucuzlaşmalarına səbəb olub. Belə ki, qızılın bir unsiya üzrə qiyməti 1230$-ın, Brent neftinin bir barel qiyməti isə 80$-ın altında ticarət edilməkdədir.