Foreks: Dollar bahalaşmaqdadır

20 Fevral 2018

Aparıcı valyutaların qiymətlərində ucuzlaşma və FED-in sərt monetar siyasəti fonunda beynəlxalq birjalarda dollar bahalaşmaqda, qızıl isə ucuzlaşmaqdadır.

Foreks: Dollar bahalaşmaqdadır

Avro ucuzlaşmaqda davam edir. 

Dünya valyuta birjalarında avronun qiyməti 1.23$-a doğru ucuzlaşmaqda davam etməkdədir. Buna səbəb isə Avrozona iqtisadiyyatı ilə bağlı gözləntilərin zəifləməsi və Amerika Mərkəzi Bankının sərt monetar siyasətidir.


Dollar/Lirə 3.79TL-ə kimi də bahalaşa bilər. 

Türkiyə bazarlarında isə USD/TRY məzənnəsi 3.76TL-ə kimi bahalaşıb və ümumilikdə qiymət son iki həftənin maksimum səviyyəsi sayılan, 3.74TL-nin üzərində qaldıqca, 3.79TL-ə kimi də bahalaşa bilər.


Qızıl: Növbəti dəstək səviyyəsi: 1332$. 

Əlvan metallar bazarlarında da qızılın qiyməti ucuzlaşmaqdadır. Hal-hazırda 1342$-ın altında təklif edilən qızılın bir unsiya üzrə qiyməti 1339$-a kimi ucuzlaşaraq, bu səviyyənin altında qalarsa, 1332$-a kimi də dəyər itirə bilər.