Foreks: Dollar bu gün 0.2% bahalaşa bilər

27 İyun 2019

Beynəlxalq valyuta birjalarında G20 zirvə toplantısı fonunda gələcək günlər ərzində veriləcək önəmli açıqlamalar öncəsi dollara tələb artır.

Foreks: Dollar bu gün 0.2% bahalaşa bilər

Foreks: Dollara tələb artır

Beynəlxalq birjalarında bu gün və həftə sonuna kimi Yaponiyada G20 ölkələrinin zirvə toplantısı fonunda baş tutacaq önəmli görüşlər fonunda avro və aparıcı valyutaların dollara nisbətən qiymətlərində ucuzlaşma müşahidə edilir.

İnvestorların ehtiyatlı mövqeyləri dollara olan tələbin artmasına təsir edir. Təhlillərə əsasən, dollar indeksi bazar ertəsinin maksimum səviyyəsi üzərində qaldıqca, 0.2%-ə kimi də bahalaşa bilər. 

Bununla yanaşı, bu gün Bakı vaxtı saat 16:30-da ABŞ-dan açıqlanacaq önəmli fundamental məlumatların məzənnələrə güclü təsir edəcəyi gözlənilir.