Foreks: Dollar daha da ucuzlaşdı

23 Noyabr 2018

Dünya birjalarında Amerika ətrafında siyasi və iqtisadi risklərin artması, dolların aparıcı valyutalara nisbətən qiymətlərinə də mənfi təsir etməkdədir.

Foreks: Dollar daha da ucuzlaşdı

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiyməti təzyiq altında qalmaqda davam edir. ABŞ ilə Çin arasında ticarət münasibətlərinin pozulması və Amerika Mərkəzi Bankının faiz artımı ehtimallarının zəifləməsi əsas səbəblərdir.


Beləliklə, EUR/USD məzənnəsi 1.14, GBP/USD məzənnəsi isə 1.29$-a ticarət edilməkdədir. Türkiyə maliyyə bazarlarında da dolların qiyməti 5.28TL-yə kimi ucuzlaşıb.


Təhlillərə əsasən, dollar indeksi cümə axşamının maksimum səviyyəsi altında qaldıqca, 0.3%-a kimi də ucuzlaşa bilər.


Bununla yanaşı, Amerikanın fond indeksləri də diqqət mərkəzində saxlanılmalıdır. Burada ucuzlaşma davam edərsə, dolların qiymətlərində də ucuzlaşma daha da sürətlənə bilər. Əks təqdirdə, "S&P500" indeksi 2671 və Dou Cons (ing.: "Dow Jones") indeksi 24661 punktu yuxarı istiqamətdə qırarsa, bahalaşma yenidən bərpa edilə bilər. 


Qeyd etmək lazımdır ki, Amerikanın səhm indeksləri "S&P500" hal-hazırda 2640 və Dou Cons indeksi 24376 punkta ticarət edilməkdədir.