Foreks - Dollar: Defisit son 2 ilin minimumunda

05 Dekabr 2017

ABŞ-ın xarici ticarət dövriyyəsində defisit daha sürətlə azalmağa başlayıb.

Foreks - Dollar: Defisit son 2 ilin minimumunda

Amerikanın statistika mərkəzinin çərşənbə axşamı açıqladığı rəsmi məlumatlara əsasən, idxal ixracı oktyabr ayında 48.7 milyard dollar üstələyib. Analitiklər isə defisitdə azalmanın yalnız 47.5 milyard dollara kimi olacağını proqnozlaşdırırdılar. 

Cari il ərzində defisitdə may ayından azalma müşahidə edilsə də, sentyabr ayında bu, daha sürətlə artmağa başlayıb. Belə ki, oktyabr ayında xarici ticarət dövriyyəsində qeydə alınan nəticə son iki ilin ən pis göstəricisidir. 

Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiyməti də son iki minimum səviyyələrində ticarət edilməkdədir. 

Qeyd etmək lazımdır ki, 2015-ci ilin axırlarından dollar indeksində ən aşağı qiymət 92 punkt, ən yüksək qiymət isə 104 punkt olub. Bu gün dollar indeksi 93 punkt ətrafında ticarət edilməkdədir. Bununla yanaşı, cümə günü ABŞ-dan açıqlanacaq əmək bazarı ilə bağlı statistik məlumatlar da investorlar tərəfindən böyük maraqla gözlənilir.