Foreks: Dollar diqqət mərkəzində

17 Yanvar 2019

Amerikanın fond bazarlarında yaşanıla biləcək növbəti böhran, dolların dünya birjalarındaki qiymətlərinə də mənfi təsir edə bilər.

Foreks: Dollar diqqət mərkəzində

Beynəlxalq valyuta birjalarında bu gün və gələcək günlər ərzində investorların diqqət mərkəzində olacaq önəmli hadisə Amerikanın fond bazarlarındaki tendensiyadır. 


Cari ilin əvvəlindən etibarən 13%-ə kimi dəyər qazanan Amerikanın S&P və Dou Cons indekslərinin yenidən ucuzlaşa biləcəyi riski aktuallaşıb. Bu, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin son günlər 1%-lik bahalaşmasından sonra yenidən son yarım ilin minimum səviyyələrinə kimi ucuzlaşa biləcəyini proqnozlaşdırmağa əsas verir.


Beləliklə, EUR/USDGBP/USD məzənnələri də müvafiq olaraq 1.14 və 1.29$-ın üzərində möhkəmlənərsə, 2%-ə kimi bahalaşa biləcəkləri proqnozlaşdırılır.


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 14:00-da açıqlanacaq Avrozonanın inflyasiya ilə bağlı önəmli fundamental məlumatlar da böyük maraqla gözlənilir.