Foreks: Dollar əlavə 1.2% də ucuzlaşa bilər

10 Yanvar 2019

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri 1% ucuzlaşdıqdan sonra əlavə olaraq 1.2%-ə kimi də ucuzlaşa bilər.

Foreks: Dollar əlavə 1.2% də ucuzlaşa bilər

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri təzyiq altında qalmaqda davam edir. Təhlillərə əsasən, dollar indeksi çərşənbə gününün minimum səviyyəsi altında qaldıqca, son 3 ayın minimum səviyyəsinə kimi əlavə olaraq 1.2%-ə kimi ucuzlaşa bilər. EUR/USD məzənnəsinin də 1.15$-ın üzərində qaldıqca, 1.16$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.


Əlvan metallar bazarlarında da qızılın qiymətində növbəti bahalaşma dalğasının şahidi oluruq. Qızılın bir unsiya üzrə qiyməti 1298$-ı yuxarı istiqamətdə qırarsa, 1326$-a kimi də dəyər qazana bilər.