Foreks: Dollar ilin sonuna kimi 2% ucuzlaşa bilər

26 Dekabr 2017

Foreks bazarlarında dollar indeksinin 93.16 punktu aşağı istiqamətdə qırmaqla, 91.57 punkta kimi də ucuzlaşa biləcəyi proqnozları güclənib.

Foreks: Dollar ilin sonuna kimi 2% ucuzlaşa bilər

Dünya valyuta birjalarında EUR/USD valyuta cütlüyünün qiyməti Milad bayramı tətilindən sonra 1.1871$-a kimi bahalaşıb və beləliklə, 1.1900$-ı da yuxarı istiqamətdə qıra biləcəyi ehtimalları da güclənib. Bu baş verərsə, qiymətin artım dalğası 1.1965$-a kimi sürətlənə bilər.

Türkiyə bazarlarında də lirənin qiyməti bahalaşmaqda davam edir və 3.76TL-ə kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.

Əlvan metallar bazarlarında da qızılın qiyməti artmaqda davam edir. Artıq 1279$-a kimi dəyər qazanan qızılın bir unsiya qiyməti 1287$-a kimi də dəyər qazana bilər.

Bütün bunlara təsir edə biləcək səbəbin isə dünya birjalarında daha çox dolların yeni eniş dalğasına başlayaması olacaqdır. Belə ki, bazarlarda dollar indeksinin 93.16 punktu aşağı istiqamətdə qırmaqla, 91.57 punkta kimi də ucuzlaşa biləcəyi proqnozları güclənib.