Foreks: Dollar iyun ayının minimumuna doğru

14 Sentyabr 2018

Dünya valyuta birjalarında son bir aydır 3%-a kimi ucuzlaşan dolların aparıcı valyutalara nisbətən qiymətləri əlavə olaraq 1%-ə kimi də ucuzlaşa bilərlər.

Foreks: Dollar iyun ayının minimumuna doğru

Dünya valyuta birjalarında ABŞ-ın inflyasiya ilə bağlı önəmli fundamental məlumatların mənfi açıqlanması, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin ucuzlaşmasına səbəb olub. İnflyasiyada açıqlanan zəifləmə özü ilə bərabər, FED-in ilin sonuna kimi dördüncü faiz artımına gedəcəyi ehtimallarını da azaldır. 


Bu, öz növbəsində foreks bazarlarında dolların qiymətində ucuzlaşmanın iyun ayının minimum səviyyələrinə kimi də davam edə biləcəyini proqnozlaşdırmağa əsas verir.


Beləliklə, artıq 1.17$-a ticarət edilən EUR/USD məzənnəsi 1.18$, GBP/USD məzənnəsi isə 1.32$-a kimi bahalaşa bilər. Türkiyə maliyyə bazarlarında isə dolların qiyməti 5.97TL-ni aşağı istiqamətdə qıraraq altında qalarsa, 5.44TL-yə kimi də ucuzlaşa bilər.