14.09.2018 Foreks: Dollar iyun ayının minimumuna doğru

14.09.2018
Beynəlxalq Birjalarının cari vəziyyəti ilə bağlı xəbərdar olmaq üçün bizi izləyin

14.09.2018 - InvestAZ İnvestisiya Şirkətinin analitiki İlkin Alıyev dünya birjalarında cari vəziyyət haqqında danışır. 



Foreks: Dollar iyun ayının minimumuna doğru. 

Dünya valyuta birjalarında ABŞ-ın inflyasiya ilə bağlı önəmli fundamental məlumatların mənfi açıqlanması, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin ucuzlaşmasına səbəb olub. İnflyasiyada açıqlanan zəifləmə özü ilə bərabər, FED-in ilin sonuna kimi dördüncü faiz artımına gedəcəyi ehtimallarını da azaldır. Bu isə öz növbəsində foreks bazarlarında dolların qiymətində ucuzlaşmanın iyun ayının minimum səviyyələrinə kimi də davam edə biləcəyini proqnozlaşdırmağa əsas verir.


Beləliklə, artıq 1.17$-a ticarət edilən EUR/USD məzənnəsi 1.18$, GBP/USD məzənnəsi isə 1.32$-a kimi bahalaşa bilər. Türkiyə maliyyə bazarlarında isə dolların qiyməti 5.97TL-ni aşağı istiqamətdə qıraraq altında qalarsa, 5.44TL-yə kimi də ucuzlaşa bilər.